AZAL yeni transferini rəsmən açıqladı

10:20 - 2 Dekabr 2016

Sadio Tounkara karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, malili yarımmüdafiəçi AZAL klubu ilə anlaşıb.
Bir müddətdi 24 yaşlı futbolçu ilə danışıq aparan “təyyarəçilər”, nəhayət ki, onun razılığını alıblar. Bu gün rəsmi müqaviləyə imza atan Tounkara ilə “6 ay+1 il” sistemi üzrə razılıq əldə olunub.

 

Dünən tibbi baxışdan keçən Tounkaranın adının iştirak ərizəsinə daxil edilməsi üçün müvafiq sənədlər yaxın günlərdə PFL-ə təqdim olunacaq. Sonuncu klubu Kipr təmsilçisi “Enosis” olan Sadio AZAL-da 8 nömrəli forma altında çıxış edəcək.

 

Qeyd edək ki, Sadio Tounkara 2012-2015-ci illərdə “Xəzər Lənkəran”ın formasını geyinib.

Xəbər xətti