"Yuventus"da 5 illik müqavilə

16:58 - 14 Dekabr 2016

İtaliya millisinin üzvü Daniele Ruqani "Yuventus"la yeni müqavilə imzalayıb. 

 

Sportal.az xəbər verir ki, 22 yaşlı müdafiəçi 2021-ci ilə qədər Türin klubunun uğurları üçün çalışacaq. Bu barədə məlumatı "qoca sinyora"nın rəsmi saytı yayıb. 

 

Qeyd edək ki, "Yuventus"un yetirməsi olan gənc futbolçu 2013-cü ildən əsas komandada çıxış edir. 

Xəbər xətti