Neymar bu klubda oynamaq istəyir

13:48 - 1 Yanvar 2017

Braziliya millisinin və "Barselona"nın futbolçusu Neymar gələcəkdə oynamaq istədiyi klubun adını açıqlayıb. 

 

Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu ölkəsində oynamaq istədiyini deyib: "Gələcəkdə "Flamenqo"nun uğurları üçün çalışmaq istərdim. Bu, mənim üçün şərəf olardı. "Marakana" stadionunda meydana çıxmaq hər bir braziliyalı futbolçunun arzusudur".

 

Qeyd edək ki, Neymar 2013-cü ildə Braziliyanın "Santos" klubundan "Barselona"ya transfer olunub. 

Xəbər xətti