AZAL-ın futbolçusu : "Bu barədə yayda fikirləşmək olar"

"Komanda daxilində atmosfer yaxşıdı. Matçlara yaxşı köklənirik. Yaxşı oyun nümayiş etdiririk, amma təəssüf ki, son nöqtəsi qoya bilmirik. Bu da istər istəməz hamıya təsir edir".

 

Bu fikirləri Sportal.az-a açıqlamasında AZAL-ın futbolçusu Kamal Mirzəyev səsləndirib. Gənc yarımmüdafiəçi hər oyuna qələbə üçün çıxdıqlarını bildirib:

 

"Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Alınmayanda alınmır. Bunun günahını kiminsə üstünə ata bilmərik. Çünki meydanda futbol oynayan bizik. Səhvi özümüzdə axtarmaq lazımdı. Növbəti oyuna hazırlaşırıq. "Neftçi" güclü komandadı. Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Amma meydana yalnız 3 xal üçün çıxacağıq.".

 

21 yaşlılardan ibarət milli komandamızın üzvü gələcək karyerası ilə bağlı suala belə cavab verib:

 

 

"Qarabağ"la oyunu sarı vərəqə limitinə görə buraxdım. Daha sonra dizimdə ağrılar var idi. "Qəbələ" ilə matçdan sonra komandaya qoşuldum. İndi hər şey yaxşıdı. Gələcəyimlə bağlı suala gəlincə isə, transfer pəncərəsi zamanı təkliflər var idi. Amma AZAL-la yaya kimi müqaviləm var. Bu barədə yayda fikirləşmək olar. İndi isə diqqətimi komandamın oyununa yönəltmişəm"

Tarix: 23 Fevral [16:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2017
18  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio