Paytaxtın AZAL klubu yeni transferi Mehdi Tauli PFL-dən qeydiyyatdan keçirməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, mərakeşli futbolçu bir müddətdi "təyyarəçilər"in düşərgəsində məşq etsə də, Premyer Liqa oyunlarında komandaya kömək edə bilmirdi. Buna səbəb isə 33 yaşlı futbolçunun son çıxış etdiyi "Sivasspor" klubundan sənədləri al bilməməsi idi.
Əldə etdiyimiz məlumata görə, bu problem artıq yoluna qoyulub. Şüvəlanlılar futbolçunu bu günlərdə PFL-dən qeydiyyatdan keçirəcək və onun Azərbaycan Premyer Liqasının XX turunda "Neftçi" ilə qarşılaşma meydanda olacağı gözlənilir.
saytlarin hazirlanmasi