"AZAL Arena"nın ot örtüyü yenilənəcək

18:43 - 9 Mart 2017

"AZAL Arena" mayın əvvəlində təmirə bağlanacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə "sportinfo"ya AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov məlumat verib. Onun sözlərinə görə, arenanın qazonu dəyişdiriləcək. Bu məqsədlə bir neçə yerli və xarici şirkətlə danışıqlara artıq start verilib:

 

"Çoxdandı bu haqda fikirləşirdik. Nəhayət ki, sponsordan sevindirici xəbər gəldi. Mövsüm başa çatan kimi, stadionda yenidənqurma işlərinə başlanılacaq. Bura istifadəyə veriləndən sonra qazon 2 dəfə yenilənib. İndi isə süni örtüyü tamamilə dəyişəcəyik. Biz də istərdik ki, meydançanı təbii otdan edək. Təəssüf ki, bu, təmiz su probleminə görə alınmır.

 

Qazon yenə süni olacaq. Ancaq ən keyfiyyətlisindən. İndiyədək meydançamıza 2 ulduz verilirdi, yenisi isə ən son nəsil örtük olacaq. Yaxınlarda Türkiyədən mütəxəssislər gəlib baxıb, bəzi işlər görüblər. Bunu etdik ki, stadionumuzdan narazılıqlar bitsin. Çünki özümüz də görürük ki, son vaxtlar hər yerdə ancaq "AZAL Arena"nın qazonundan danışırlar.

 

Başqa stadionlar qalıb, yalnız bizimkidən narazılıq edirlər. Yeni qazonun salınması çox vaxt almayacaq. Hazırkı qazonun istifadə müddəti keçsə də, ona yaxşı baxmışıq. Odu ki, hələ bu vəziyyətdə də bir çoxundan normaldı. Onu da deyim ki, təzəsinin istifadə müddəti 3-4 ili keçməyəcək. Özümüz beləsini seçmişik ki, bir də problemlə üzləşməyək".

Xəbər xətti