"Qarabağ"ın 462 günlük seriyası qırıldı

16:48 - 22 Mart 2017

“Qarabağ”ın “Zirə” ilə oyunlardakı qələbə seriyası qırılıb.

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, son 5 matçda rəqibini məğlub edən Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının XXIII  turunun səfər matçında 1 xalla kifayətlənib – 0:0. Qurban Qurbanovun yetirmələrinin “Zirə” ilə matçlardakı son xal itkisi 2015-ci il dekabrın 13-də qeydə alınmışdı. Həmin vaxt da qarşılaşma qolsuz bitmişdi. 462 gündən sonra məğlubiyyət seriyasını qıran “Zirə” rəqibini “5”də saxlayıb.

 

Qeyd edək ki, “Qarabağ”ın tarixində eyni rəqiblə oyunlarda daha uzun qələbə seriyaları da var. Ağdam klubu MOİK-i ardıcıl 12, “Turan”ı ardıcıl 9 dəfə məğlub edib.

Xəbər xətti