Azərbaycanlı futbolçu üçün hollandiyalı baş məşqçi

18:49 - 3 Aprel 2017

Amit Quluzadənin çıxış etdiyi Yunanıstanın AEL klubunun yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az xəbər verir ki, komandaya bundan sonra hollandiyalı Andre Paus rəhbərlik edəcək. 51 yaşlı mütəxəssislə növbəti mövsümün sonuna qədər sözləşmə imzalanıb.

 

Qeyd edək ki, AEL Super Liqada 26 turdan sonra 24 xal toplayıb və 16 komanda arasında 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti