"Monako" 80 milyon avroya Mbappenin bir ayağını satar"

18:06 - 28 Aprel 2017

Bu mövsüm sərgilədiyi oyunla nəhəng komadaların diqqətinə düşən “Monako”nun gənc hücumçusu Kilian Mbappenin agenti Paskal Bosyu 18 yaşlı futbolçunun transferi barədə danışıb.

 

Sportal.az xəbər verir ki, Bosyu Mbappenin komandadan ayrılmasının erkən olduğunu bildirib:

 

“Mbappe üçün 80 milyon avro? Bu məbləğə "Monako" onun bir ayağını satar. Bu futbolçu mənə Tyerri Anrini xatırladır. Anri ilə David Trezeqenin qarışığıdır. Möhtəşəm istedada sahibdir və çox ağıllı futbolçudur. Dünya futbolunda Mbappeni transfer edə biləcək 4 komanda var: “Real”, “Barselona”, “Mançester Siti” və “Mançester Yunayted”. Ancaq məncə, onun bu yayda “Monako”nu tərk etməsi düzgün seçim olmaz. Hazırda o, çox yüksəklərdədi və onun səviyyəsində gənc futbolçu yoxdu. Qarşıdakı mövsümdə daha böyük işlər görə bilər”.

 

Qeyd edək ki, Mbappe bu mövsüm 37 oyuna 23 qol vurub.

Xəbər xətti