Özil "Arsenal"ın müqavilə təklifini qəbul etmədi

11:33 - 2 May 2017

“Arsenal”la 2018-ci ildə müqaviləsi başa çatacaq Məsut Özil London klubunun ilk təklifini rədd edib.

 

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Almaniya millisinin üzvünə həftəlik 300 min avroluq müqavilə təklif edilsə də Özil bunu qəbul etməyib. Məlumata görə ulduz futbolçu “topçular”dan ən azı həftəlik məvacibinin 350 min avro olmasını tələb edib. 

 

2013-cü ildə “Real”dan 47 milyon avro qarşılığında transfer edilən 28 yaşlı yarımmüdafiəçi bu mövsüm 38 oyuna 11 qol vurub və 11 məhsuldar ötürmə edib.

Xəbər xətti