Millimizin üzvü "Norviç Siti"yə qarşı oynadı

12:43 - 20 İyul 2017

Almaniya 3-cü Bundesliqasında çempion olaraq yeni mövsümdən 2-ci Bundesliqada oynamaq hüququ qazanan "Duysburq" hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası növbəti yoxlama matçını keçirib.  Sözügedən klub İngiltərənin "Norviç Siti" klubu ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

 

Erat da bu oyunun iştirakçısı olub. O, qarşılaşmanın 65-ci dəqiqəsində, hesab artıq 0:2 olarkən meydana çıxıb.

Xəbər xətti