Mbappe "Monako"dan ayrılmaq istəyir

“Monako”nun futbolçusu Kilian Mbappe komandadan ayrılmaq qərarına gəlib.

 

Sportal.az xəbər verir ki, ötən mövsümkü oyunu ilə Avropanın top klublarının diqqət mərkəzinə düşən 18 yaşlı hücumçu “Monako” rəhbərliyi ilə danışaraq ayrılmaq istədiyini bildirib.

 

“Barselona”nın futbolçusu Neymarın gedişindən sonra onun yerinə Mbappeni transfer edəcəyi iddia edilir. Bundan başqa, "Real"ın da onu transfer edəcəyi haqda xəbərlər yayılmaqdadır.

 

Qeyd edək ki, fransalı forvard ötən mövsüm ümumilikdə  44 oyunda 26 qol vurub, 14 qolun ötürməsini edib.

Tarix: 3 Avqust [19:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Avqust 2017
23  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio