Luçesku Arda Turanı milliyə qaytarır

16:45 - 4 Avqust 2017

"Barselona" futbolçusu Arda Turan milli karyerasını bərpa edə bilər.

 

Sportal.az xəbər verir ki, bu ilin iyun ayında milli komandadan getdiyini açıqlayan futbolçu üçün yeni şans yaranıb. Belə ki, baş məşqçi Fatih Terimin istefasından sonra millinin "sükanı arxası"na keçən Mirça Luçesku futbolçuya yeni şans vermək istəyir. 

 

Bu barədə məlumatı 72 yaşlı mütəxəssis bu gün keçirdiyi məybuat konfransında deyib. O, yaxın günlərdə Arda ilə danışacağını bildirib: "2016-cı ildə Fransada keçirilən Avropa çempionatından sonra baş verənləri bilirəm. Mənim əsas hədəfim komandanı bir yerə toplamaq, yaxşı kollektiv yaratmaqdır. Əlbəttə, Arda ilə də görüşəcəm. Onunla telefon vasitəsi ilə əlaqə saxlayacam. Milli komandanın Ardaya, Ardanın milli komandaya ehtiyacı var. Onun nə hisslər keçirdiyini bilirəm". 

 

Qeyd edək ki,  Arda "ay-ulduzlular"ın heyətində 97 oyun keçirib. 

Xəbər xətti