Macarıstan mətbuatı "Qarabağ"dan yazdı

Macarıstan mətbuatı ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubu barədə yazıb.

 

Sportal.az saytı “origo.hu”ya istinadən xəbər verir ki, "Tiki-takayla xəyalət şəhərdən Çempionlar Liqasına” başlığıyla məqalə verilib. Yazıda Ağdam təmsilçisinin son illər əldə etdiyi uğurlardan bəhs edilib.

 

Macarıstanlı həmkarlarımız "Qarabağ"ın ermənilər tərəfindən işal edilən Ağdam şəhərini təmsil etdiyini və vaxtilə bu komandanın baş məşqçisi olmuş Allahverdi Bağırovun isə Qarabağ uğrunda döyüşlərdə həlak olduğunu da vurğulayıb. (http://www.origo.hu/sport/futball/20170816-fk-qarabag-bajnokok-ligaja-playoff-fc-kobenhavn.html)

 

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda evdə Danimarkanın “Kopenhagen” komandasını 1:0 hesabıyla məğlub edib. Cavab qarşılaşması avqustun 23-də keçiriləcək.

Tarix: 21 Avqust [11:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2017
19  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio