"Qarabağ"ın tarixi uğuru məşhur Türkiyə kanalında müzakirə edildi VİDEO

03:22 - 24 Avqust 2017

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ” səfərdə “Kopenhagen” 1:2 hesabı ilə məğlub olub. Lakin ilk matçda 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri ÇL-in qrup mərhələsinə vəsiqə qazanıb.
 
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin tarixi uğuru Türkiyənin "Tivibu Spor" kanalında efirə gedən "Çempionlar Ekranı" verilişində müzakirə edilib. Verilişin aparıcıları olan Kerem Gürel və Ali Ece "Qarabağ"ın möhtəşəm qələbəsi haqda geniş danışıblar.
 
Həmin videonu təqdim edirik:
 

Xəbər xətti