"Qəbələ" "Qarabağ"ı, "Zirə" "Sumqayıt"ı məğlub etdi

10:30 - 28 Avqust 2017

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 3-cü tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, “Neftçi” doğma meydanda “Kəpəz”lə bərabərə qalıb. Dörd qolun vurulduğu “İnter” - “Səbail” oyununda da qalib müəyyənləşməyib. "Zirə" "Sumqayıt"ı evdə, "Qəbələ" isə "Qarabağ"ı səfərdə darmadağın edib.

 

Əvəzedicilərin çempionatı, 3-cü tur

26 avqust

 

"Neftçi" - "Kəpəz" 1:1

Qollar: Elçin Əsədov, 84-pen. - Ruslan Süleymanov, 13.

 

"İnter" - "Səbail" 2:2

Qollar: Əlibəy Məmmədli, 40; Sinan Akkoyun, 76 - Aslan Hüseynov, 26. Turan Babayev, 49.

 

27 avqust

 

"Zirə" - "Sumqayıt" 5:0

Qollar: Müşfiq İlyasov, 15; 23; 31. Muxtar Əliyev, 52. Camal Camalov, 77.

 

"Qarabağ" - "Qəbələ" 0:4

Qollar: Haciağa Hacılı, 38. Amin Seyidov, 45. Rövlan Muradov, 66. Əli Sadıxov, 84.

Xəbər xətti