“Kəpəz” hazırlıqlarını davam etdirir

16:45 - 7 Sentyabr 2017

“Kəpəz” çempionatın IV turunda qarşılaşacağı “İnter” ilə oyunun hazırlıqlarını davam etdirir.


Sportal.az xəbər verir ki, “Qaradağ Lökbatan”a qarşı yoxlama matçından sonra bir gün istirahət edən komanda üzvləri dünəndən yenidən bir araya gəliblər.


 “Sarı-göylər” “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edirlər.


Oyun öncəsi son hazırlıq prosesi isə görüşün keçiriləcəyi “İnter Arena”da olacaq. “Kəpəz” sentyabrın 8-də saat 17:00-da qeyd olunan stadionda məşqə çıxacaq.  

 

Xəbər xətti