"Qəbələ" hazırlıqlara başladı

Topaz Premyer Liqasının VII turunun “Kəpəz”lə oyunundan (0:2) sonra istirahətə buraxılan “Qəbələ” bu gün məşqlərini bərpa edib. 


Sportal.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlara Bakıda start verən “qırmızı-qaralar” günü iki məşqlə yekunlaşdırıb. 


Səhər məşqində fiziki hazırlıq keçən bölgə təmsilçisi axşam toplu çalışmalara üstünlük verib. Milli komandaların düşərgələrində olan futbolçular, həmçinin zədəli Filip Ozobiç məşqlərdə iştirak etməyib. Əvəzedici heyətin 6 oyunçusu əsas komandanın hazırlığına cəlb olunub. Bir neçə müddətdir Roman Qriqorçukun rəhbərliyi altında məşq keçən Ülvi İsgəndərovla yanaşı, Ülvi İbazadə, Tural Məmmərzayev, Rövlan Muradov, Amin Seydiyev və Hacıağa Hacılı da paytaxt hazırlığına qoşulub.


Xatırladaq ki, “Qəbələ” oktyabrın 7-də “Neftçi” ilə yoxlama oyunu keçirəcək. İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutacaq görüş saat 16:00-da başlayacaq.

 

Tarix: 3 Oktyabr [23:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Oktyabr 2017
16  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio