Samir Zərgərov: "Bunu eşidəndə şoka düşmüşdüm" MÜSAHİBƏ

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Keşlə” – “Kəpəz” (2:0) matçından sonra keçirilən mətbuat konfransından sonra meydan sahiblərinin futbolçusu Samir Zərgərov jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni təqdim edir:


- Bu nəticə növbəti mərhələyə keçmək üçün kifayət edəcəkmi səncə? 

- Futbol elədi ki, hər an hər şey dəyişə bilər. Gəncədə oynamaq çətindir. Mən də Gəncə komandasında oynamışam, bilirəm ki, Gəncədə oynamaq bizə çətin olacaq. Ona görə istəyirdik ki, daha böyük hesabla qalib gələk ki, səfərdə işimiz asan olsun. Amma təəssüf ki, belə alındı.

 

- Fasilədən sonra hesabı qorumağa çalışdınız. Ona görə müdafiə xarakterli oynadınız. 

- Birinci hissədə daha çox hücumda oynadıq, lakin ikinci hissə müdafiə xarakterli keçdi. Yenə də oyunu videodan baxıb daha ətraflı analiz edəcəyik. 

 

- Burda daha böyük hesablı qələbə arzulayırdınız. Yəqin ki Gəncədə çətinlik çəkəndə burda qaçırdığınız epizodlara görə üzüləcəksiniz.

- Əlbəttə ki. Lakin mən inanmıram ki, Gəncədə bizim imkanlarımız olmasın. Ona görə də çalışacağıq ki, gücümüzü 100 faiz istifadə edib bu mərhələni adlaya bilək. 

 

- Səncə komanda öz gücüylə oynayır? 

- Bilirsiz ki, biz həmişə yaxşı yerlər uğrunda oynamışıq. Bu il dəyişikliklər çox oldu, amma inanıram ki, bu komanda yenə gələcəkdə yaxşı yerlər uğrunda oynayacaq. 

 

- Komanda yoldaşlarınız Mirhüseyn Seyidov və Nizami Hacıyevin qovulmasından bir neçə müddət keçib. Bunu unuda bilib komanda?

- Biz bir ailəyik. Ailədə olduğu kimi burda da birinin əksikliyi hər zaman hiss olunur. Onlara görə narahatam. Arzum odur ki, cəzaları yüngülləşdirilsin. 

 

- Onlara inanırsan?

- Onlar elə insanlardı ki, bunu eşidəndə şoka düşmüşdüm. Mən inanmıram ki, onlar belə iş tutsunlar. 

 

- Əlaqə saxlamısan ?

- Bəli, danışmışam. Onlar da şokdadır, mən də. Onlar da istəyirlər ki, cəza biraz yüngülləşsin heç olmasa. 

 

- Ümid yeri varmı onlarçün?

- Ümid həmişə sonda olur. Sona qədər gözləmək lazımdır.

Tarix: 10 Dekabr [17:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2018
17  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio