İtaliya mətbuatı: "Roma" "Qarabağ"ın sayəsində qrupda çıxdı

12:55 - 27 Dekabr 2017

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə elədiyi heç-heçələr sayəsində "Roma"nın qrupdan çıxması İtaliya mətbuatında qeyd olunub.

 

Sportal.az xəbər verir ki, "Sport.virgilio.it" saytı 2017-ci ilin yekunlarına dair yazıda əsas idman hadisələri sırasında buna da toxunub. Məqalədə Ağdam klubunun "Atletiko"dan hər iki oyunda xal alması sayəsində "Roma"nın 1/8 finala çıxması vurğulanıb.

 

ÇL-də "Roma"ya evdə 1:2, səfərdə isə 0:1 hesabı ilə uduzan təmsilçimiz "Atletiko" ilə hər iki oyunda (0:0, 1:1) heç-heçə etmişdi.

Xəbər xətti