Belçika klubunun futbolçusu "Səbail"də

12:56 - 13 Fevral 2018

"Səbail" heyətinə yeni futbolçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Belçikanın "Standard" klubundan Faruk Miyanı icarəyə götürüb. Uqandalı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

 

Faruk mövsümün ilk yarısını icarə əsasında Belçikanın "Muskron" klubunda keçirib.

 

Uqanda millisinin üzvü olan 22 yaşlı hücumameyilli yarımmüdafiəçi ölkəsinin "Vipers" klubunun yetirməsidir. Miya 2016-cı ildə "Standard"a keçib. O, Lyej təmsilçisində 5 oyun keçirib və 1 qol vurub.

Xəbər xətti