Premeyr Liqada ayın ən yaxşısı müəyyənləşdi

16:13 - 16 Fevral 2018

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, ötən ayın ən yaxşısı adına "Bornmut"un çalışdırıcısı Eddi Houe layiq görülüb. 40 yaşlı mütəxəssis Premyer Liqa karyerası ərzində ikinci dəfə ayın ən yaxşı məşqçisi seçilir.

 

Qeyd edək ki, "Bornmut" yanvar ayında keçirdiyi oyunlarda "Çelsi"(3:0) və "Arsenal"a (2:1) qalib gəlib, "Vest Hem" (1:1) və "Brayton"la (2:2) heç-heçə edib.

Xəbər xətti