“Qarabağ” Türkiyədə ilin ən yaxşı komandası seçilə bilər

Türkiyənin məşhur “Milliyet” qəzeti “İlin idman mükafatları” adlı ənənəvi sorğusunu bu il də davam etdirir.

 

Sportal.az xəbər verir ki, 2017-ci ilin ən yaxşı komandaları arasında Azərbaycan çempionu, bu mövsüm UEFA Çempionlar Liqasında tarix yazan “Qarabağ” da yer alıb. Digər namizədlər isə Türkiyənin əlil futbolçulardan ibarət millisi, “Fənərbaxça”nın basketbol klubu, “Vakıfbank” voleybol klubu, “Beşiktaş” futbol komandası və əlil basketbolçulardan ibarət yığma komandadı.

 

Sorğu mart ayının 21-nə qədər davam edəcək.

 

Səsverməylə buradan tanış ola bilərsiniz: http://yilinsporcusu.milliyet.com.tr/Question.aspx

Tarix: 24 Fevral [00:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio