Alveş İspaniyaya qayıdır?

11:11 - 5 İyun 2018

PSJ-nin yeni baş məşqçisi Tomas Tuhel komandanın müdafiəçisi Dani Alveşi gələcək planlarında düşünmür.

 

Sportal.az xəbər verir ki, 44 yaşlı mütəxəssisin göstərişi ilə braziliyalı futbolçuya yeni klub tapması tövsiyə olunub. İspaniya mətbuatının məlumatına görə, Alveşin keçmiş komandası "Sevilya"ya dönmək variantı var. Ancaq əndəlüsiyalıların baş məşqçisi Xoakin Kaparro 35 yaşlı futbolçuya təklif göndərmədiklərini deyib.

 

Zədəli olan Alveşin noyabr ayına kimi oynamaycağı gözlənilir.

 

Qeyd edək ki, Alveş 2002-2008-ci illərdə "Sevilya"da çıxış edib.

Xəbər xətti