Renat Dadaşovun yeni klubu bəlli oldu RƏSMİ

Milli komandamızın və Almaniyanın "Ayntraxt" klubunun hücumçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı forvard karyerasını Portuqaliyada davam etdirəcək. Dadaşov ikinci liqa təmsilçisi "Eştoril"lə müqavilə imzalayıb. Lakin sözləşmənin detalları barədə məlumat verilməyib.

 

Qeyd edək ki, Dadaşov ötən il "Ayntraxt" klubu ilə peşəkar müqavilə imzalasa da, əsas komandada şans qazana bilməmişdi. Mövsümün gedişində komanda yoldaşını və məşqçisini döyən Renat komandadan qovulmuşdu.

Tarix: 12 İyun [00:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 İyun 2018
21  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio