Nazim Süleymanov razıdır: "Mübariz ruh nümayiş etdirdilər"

Topaz Premyer Liqasının III turunun açılış matçında “Sumqayıt” Qəbələdən eyniadlı komanda ilə mübarizədə 1 xal qazandı.

 

Sportal.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Nazim Süleymanov mətbuat konfransı keçirib.

 

-    Maraqlı oyun izlədik. Baxmayaraq ki, qapımıza təmiz penalti təyin edildi və rəqib hesabda önə keçdi, futbolçularıma təşəkkür edirəm ki, azlıqda qalsaq da, mübariz ruh nümayiş etdirdilər və son dəqiqələrdə bərabərlik qolunu vura bildilər. 

 

-    3 oyuna topladığınız 4 xal uğurlu nəticə hesab edilə bilərmi?
-    Qarşımıza konkret neçə xal toplamaq məqsədi qoyulmayıb. Qismət belə imiş.

 

-    Debütant forvardınız – Atilla barədə fikirləriniz?
-    İkinci hissədə meydana daxil olsa da, xoş təsir bağışladı. Güc futboluna üstünlük verir. Yaxşı ki, indi fasilə var, formaya düşə bilər.

 

-    Vurğun Hüseynovun yoxluğu nə ilə bağlı idi?
-    Kiçik zədəsi var.

 

-    Cavid Tağıyevdə sanki nəsə çatışmır.
-    İlk yarıda yorğun olduğunu hiss etdik və fasilədə onu əvəzlədik. (Sport24.az)

Tarix: 25 Avqust [20:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Noyabr 2018
12  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio