İddia: Neymar "Barselona"ya qayıtmaq üçün xahiş edib

PSJ-nin ulduzu Neymar üçün İspaniyada gündəmi zəbt edən iddia ortaya atılıb.

 

Sportal.az xəbər verir ki, "Mundo Deportivo" qəzeti braziliyalı hücumçunun ötən il "Barselona"dan PSJ-yə transfer olmasına görə, peşman olub. Nəşrin iddiasına görə, 26 yaşlı futbolçu Kataloniya klubundan geri dönmək üçün xahiş edib. Edinson Kavani ilə normal münasibəti olmayan və gözləmədiyi şəkildə Kilian Mbappenin kölgəsində qalan braziliyalı peşman olub. Məlumata görə, "Barselona" Nemyarın xahişinə məhəl qoymayıb.

 

Qeyd edək ki, Neymar ötən il 222 milyon avroya "Barselona"dan PSJ-yə keçmişdi. Onun adı bu yay daha çox "Real"la hallanıb.

Tarix: 8 Sentyabr [16:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2018
18  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio