Arşavin Qazaxıstan klubundan ayrıldı

15:46 - 5 Noyabr 2018

Rusiya millisinin sabiq hücumçusu Andrey Arşavin Qazaxıstanın "Kayrat" klubundan ayrılmaq qərarı verib. 

 

Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 37 yaşlı forvard üçün 33-cü turda Karaqanda "Şaxtyor"u ilə oyunda vida mərasimi təşkil olunacaq. Arşavin cəzalı durumda olduğu üçün qarşılaşmada oynamayacaq.

 

Qeyd edək ki, Arşavin 2016-cı ildə "Kuban"dan "Kayrat"a keçib. O, Qazaxıstan klubunda 100 oyuna 30 qol vurub və bu mövsüm Qazaxıstan çempiontında gümüş medal qazanıb. Arşavin "Zenit" və "Arsenal"da da çıxış edib.

Xəbər xətti