Hollandiya millisinin sabiq futbolçusu Rafael Van der Vaart futbolçu karyerasına nöqtə qoyub.
Sportal.az xəbər verir ki, bu barədə Danimarkanın “Esbyerq” klubunda çıxış edən futbolçu özü məlumat verib. 35 yaşlı futbolçu zədə səbəbindən bu qərarı verib.
Qeyd edək ki, Van der Vaart “Ayaks”, “Hamburq”, “Real”, “Tottenhem”, "Real Betis" və "Mitdyulland" kimi komandaların şərəfini qoruyub. O, Hollandiya millisində 109 oyuna 25 qol vurub.
saytlarin hazirlanmasi