Samir: "Azarkeşlərimiz evdə Azərbaycanı udmağa kömək edəcəklər"

19:12 - 6 Noyabr 2018

Kosovo millisinin qapıçısı Samir Uykani açıqlama verib.

 

Sportal.az xəbər verir ki,30 yaşlı qapıçı UEFA Millətlər Liqasının qrup mərhələsində Malta və Azərbaycanla keçirəcəkləri oyundan danışıb:

 

"İlk növbədə Maltayla oyunu düşünürük. Daha sonra Azərbaycan haqda fikirləşmək olar. Yaxşı başa düşürük ki, qarşımızda tarixi şans - AÇ-2020-nin final mərhələsinə vəsiqə uğrunda oynamaq imkanı var. Hər iki qarşılaşma çətin olacaq. Maltadan yaxşı nəticə ilə qayıtsaq, azarkeşlərimiz evdə Azərbaycanı udmağa kömək edəcəklər".

 

Qeyd edək ki, noyabrın 17-də səfərdə Maltanın qonağı olacaq Kosovo seçməsi 3 gün sonra doğma meydanda millimizi qəbul edəcək.

Xəbər xətti