“Neftçi” və “Qarabağ” klublarının ikinci komandalarının oyunu təxirə salınıb.
Sportal.az xəbər verir ki, Azərbaycan I Divizionunun X turunun qarşılaşması başqa vaxta keçirilib.
Buna səbəb “Qarabağ”ın bir neçə oyunçusunun U-19 milli komandasının düşərgəsində olmasıdı. Ağdam təmsilçisinin müraciətini, “Neftçi”nin razılıq məktubunu rəhbər tutan Peşəkar Futbol Liqası matçın əvvəlcədən nəzərdə tutulduğu kimi noyabrın 9-da deyil, dekabrın 3-də keçirilməsinə qərar verib.
Qeyd edək ki, "Neftçi-2" turnir cədvəlində ikinci, "Qarabağ-2" isə 5-ci pillədədir.
saytlarin hazirlanmasi