"Birlikdə bir ailə kimi oynadıq" - Slavçev

11:00 - 9 Noyabr 2018

"Birlikdə bir ailə kimi oynadıq.  Yaxşı oynayıb üç xal qazanmağı bacardıq. Buna görə özümüzü xoşbəxt hiss edirik".

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Simeon Slavçev Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə Ukraynanın "Vorskla" klubunu 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.


Bolqarıstanlı yarımmüdafiəçi qələbənin çox çətin olduğunu bildirib: "Üç  xal qazanmaq üçün əlimizdən gələn hər şeyi etdik. Sona qədər mübarizə apardıq və istədiyimiz nəticəni qazandıq”.
 

Slavçev “Qarabağ”ın qrupdan çıxmaq  şanslarını da dəyərləndirib: "Bizim iki çətin oyunumuz var. Həmin matçlara yaxşı hazırlaşmalıyıq. Bugünkü kimi oynayıb mübarizə aparsaq, nəticə əldə edə bilərik. Bakıdakı görüşdən daha yaxşı oyun sərgilədik. Birmiz hamımız, hamımız birimiz üçün çıxış etdik. Üç xal qazandığımız üçün xoşbəxtik.

Xəbər xətti