Avropa Liqasının qrup mərhələsinin IV turunda ötən gün Ukraynada "Vorskla" ilə qarşılaşan "Qarabağ"ın vətənə qayıdışı növbəti dəfə yubanıb.
Sportal.az xəbər verir ki, əvvəlcə ötən gecə Bakı vaxtı ilə 03:30-a planlaşdırılan uçuş təyyarədə donma yaranması və Poltava aeroportunda bunun həlli üçün lazım olan maddənin olmaması səbəbindən bu gün 14:00-a təxirə salınmışdı. İndi isə əlverişsiz hava şəraiti yubanmaya səbəb olub. Duman olması həmin vaxtda uçuşun alınmasına imkan vermir. Hələlik Azərbaycana qayıdışın dəqiq nə vaxt olacağı bilinmir.
"Qarabağ" "Vorskla" ilə matçda 1:0 hesablı qələbə qazanıb.
saytlarin hazirlanmasi