"Qarabağ"ın futbolçusu milliyə yollanmaqdan imtina etdi

00:16 - 15 Noyabr 2018

"Qarabağ"ın futbolçusu Donald Gerye Haiti millisinə dəvət alsa da, yollanmayıb.

 

Sportal.az-ın məlumatına görə, ötən günlərdə oğlu dünyaya gələn 29 yaşlı cinah futbolçusu yığmanın düşərgəsinə yollanmamaq üçün federasiyaya müraciət edib. Haiti Futbol Federasiyası futbolçunun xahişini nəzərə alıb və ona icazə verib.

 

Qeyd edək ki, Gerye 2010-cu ildən Haiti millisinə dəvət alır.

Xəbər xətti