Farer adaları yığması noyabrın 17-də UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunda Bakıda Azərbaycanla qarşılaşacaq.
Sportal.az xəbər verir ki, "in.fo" saytı Farer adalarının ehtimal start heyətini yazıb. Həmkarlarmız danimarkalı çalışdırıcı Lars Olsenin millimizlə oyunda 3-4-3 taktiki sxeminə üstünlük verəcəyini qeyd edib.
Qapıçı: Qunnar Nilsen
Müdafiəçilər: Odmar Feryo, Atli Qreqersen, Sonni Raqnar Nattestad
Yarımmüdafiəçilər: Gilli Rolandtsson Sorensen, Vilyormur Davidsen, Hallur Hansson, Roqvi Baldvinsson
Hücumçular: Solvi Vanthamar, Brandur Hendriksson, Klemint Olsen
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Farer adaları oyunu saat 21:00-da başlayacaq..
saytlarin hazirlanmasi