UEFA Millətlər Liqasında V turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, A Liqasının 2-ci qrupunda Belçika "Qarabağ"ın qolkiperi Hannes Halldorssonun şərəfini qoruduğu İslandiyanı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. 34 yaşlı qolkiper Mişi Batşuayinin 2-ci qolunda kobud səhvlə yadda qalıb.
A Liqası
2-ci qrup
Belçika - İslandiya - 2:0
Qollar: Mişi Batşuayi, 65, 81
Turnir cədvəli: Belçika – 9 xal (3 oyun), İsveçrə - 6 (3 oyun), İslandiya – 0 (4 oyun)
saytlarin hazirlanmasi