ABŞ-ın “Di Si Yunayted” klubunun futbolçusu Ueyn Runi İngiltərə millisində vida matçı keçirib.
Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu “Uembli”də ABŞ-la keçiriləcək yoxlama oyununda son dəfə yığmada çıxış edib. O, sözügedən qarşılaşmada 120-ci dəfə milli formanı geyib. Oyun isə İngiltərə millisinin 3:0 hesablı qələbəsiylə yekunlaşıb.
Runi millidə 120 oyuna 53 qol vuraraq, yığma tarixinin bombardiridir.
İngiltərə 3-0 ABŞ
Qollar: Jessi Linqard, 25, Trent Aleksander-Arnold, 27, Kollum Uilson, 77
saytlarin hazirlanmasi