"Zirə”nin hücumçusu Aleksandr Dedovla "Səbail”in yarımmüdafiəçisi Yevgeni Koçuk Moldova yığmasının heyətində Millətlər Liqasının D Liqasında San Marinoya qarşı oynayıblar.
Sportal.az xəbər verir ki, Yevgeni Koçuk 1:0 hesabı ilə başa çatan görüşdə 60 dəqiqə meydanda olub. Dedov isə 66-cı dəqiqədə meydana daxil olub. "Zirə"nin futbolçusu 78-ci dəqiqədə vurulan qolun ötürməsini edib.
Qeyd edək ki, ikinci qələbəsini qazanan Moldova xal hesabını 8-ə çatdırıb və 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi