Berti Foqts: "UEFA Millətlər Liqası dərhal ləğv olunmalıdır"

12:22 - 16 Noyabr 2018

"UEFA Millətlər Liqası dərhal ləğv olunmalıdır".

 

Sportal.az xəbər verir ki, bu sözləri millimizin sabiq baş məşqçisi Berti Foqts deyib. Almaniyalı mütəxəssis turniri mənasız yarış adlandırıb: "Bu turnirə böyük komandalar ciddi yanaşmır. Baş məşqçilər müəyyən sınaqlar edirlər. Yoahim Löv buna görə artıq əziyyət çəkir. Almaniyanın B Liqasına düşmək ehtimalı var. Bu, bir tərəfdən yaxşı olar. DÇ-2022-yə az təzyiq altında hazırlaşmaq olar".

 

Qeyd edək ki, Almaniya millisi A Liqasında 3 oyundan sonra 1 xalla 3 komandalı qrupda son yeri tutur.

Xəbər xətti