Bu gün UEFA Millətlər Liqasında V turun növbəti matçları keçirilib.
Sportal.az xəbər verir ki, C Liqasında çıxış edən Bolqarıstan Kiprin qonağı olub. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev qarşılaşmaya start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib.
Bu nəticə ilə qrupun digər komandası Sloveniya D liqasına yuvarlanıb.
3-cü qrupa 10 xalla Norveç başçılıq edir. Eyni xala malik olan Bolqarıstan top fərqinə görə 2-ci yerdə qərarlaşıb. 5 xalı olan Kipr 3-cü, Sloveniya isə 1 xalla sonuncudu. Qrupun son turunda Bolqarıstan Sloveniyanı, Kipr Norveçi qəbul edəcək.
C Liqası
3-cü qrup
Kipr – Bolqarıstan - 1:1
Qollar: Panayiotis Zahariou, 24 - Nikolay Dmitrov, 89 (pen.)
saytlarin hazirlanmasi