Millətlər Liqasında V turun son oyunları keçirilib.
Sportal.az xəbər verir ki, C Liqasında mübarizə aparan Litva millisi səfərdə Rumıniyaya 0-3 hesabı ilə uduzub. Litvanın heyətində çıxış edən "Keşlə"nin müdafiəçisi Edvinas Girdvainis 90 dəqiqə meydanda olub. O, 78-ci dəqiqədə sarı vərəqə alıb.
4-cü qrupa 9 xalla Serbiya başçılıq edir. Rumıniya da eyni xal toplayıb və 2-cidir. Monteneqronun 7 xalı var. Xal üzünə həsrət qalan Litva son yerdə qərarlaşıb.
C Liqası, 4-cü qrup
Rumıniya –Litva - 3:0
Qollar: George Puşkaş, 7, Klaudiu Keseru, 47, Nikolai Stanku, 65
saytlarin hazirlanmasi