Moldova yığması UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupu çərçivəsində sonuncu oyununu keçirib.
Sportal.az xəbər verir ki, “Zirə”nin hücumçusu Aleksandr Dedovla “Səbail”in yarımmüdafiəçisi Yevgeni Koçukun formasını geyindiyi komanda doğma meydanda Lüksemburqla 1:1 hesablı heç-heçə edib.
Dedov görüşün 82-ci dəqiqəsində meydana buraxılıb. Koçuk isə sonadək ehtiyatda qalıb.
Moldova yığması 9 xalla qrup mərhələsini üçüncü pillədə başa vurub.
saytlarin hazirlanmasi