“Neftçi”nin futbolçusu oynadı, “Qarabağ”lı heyətə düşə bilmədi

16:05 - 21 Noyabr 2018

"Neftçi”nin futbolçusu Soni Mustivarın və “Qarabağ”ın müdafiəçisi Donald Geryenin formasını geyindiyi Haiti millisi yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Müstivar Salvadorla səfərdə keçirilən matçın 53-cü dəqiqəsində meydana çıxıb. "Qarabağ"ın futbolçusu Geryenin adı isə bu oyunun iştirak ərizəsinə daxil edilməyib.

 

Matç Salvadorun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti