“İnter” faciəsində iştirak etmiş hakim yenidən “Qarabağ”ın oyununda

17:25 - 26 Noyabr 2018

“Qarabağ”ın Avroliqa V tuuru çərçivəsində keçirəcəyi “Sportinq” matçına çexiyalı hakimlər həvalə olunub.

 

Sportal.az xəbər verir ki, görüşə təyin olunan hakim Petr Ardeleanu ölkə futbolsevərlinə heç də yad isim deyil. Belə ki, çexiyalı referi 2014-2015 mövsümündə Ağdam təmsilçisinin Tofiq Bəhramov stadionunda İtaliyanın “İnter” komandasına qarşı keçirdiyi oyunda baş hakim Miroslav Zelinkanın köməkçisi olub.

 

Qeyd edək ki, həmin oyunun 94-cü dəqiqəsində “Qarabağ”  hesabda önə keçsə də, yan xətt hakimi bayrağını qaldıraraq epizodun ofsayd olduğunu bildirmiş və qol qeydə alınmamışdı. Xoşbəxtlikdən “Sportinq”lə oyuna təyin olunan baş hakim həmin epizodda bayrağı qaldıran Ondrjey Pelikan yox, Zelinkanın digər köməkçisi Petr Ardeleanudur.

Xəbər xətti