Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

19:00 - 27 Noyabr 2018

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində baş tutacaq "Qarabağ" -"Sportinq" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı bəlli olub. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov noyabrın 28-də media mənsublarının önünə çıxacaq.

 

Bakı Olimpiya Stadionundakı mətbuat konfransı saat 14:30-da başlayacaq. “Qarabağ”ın oyunöncəsi son məşqi isə saat 19:00-da "Azərsun Arena"da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

Rəqib komandanın baş məşqçisi saat 20:00-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Portuqaliya təmsilçisinin oyunöncəsi son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq. 

 

Qeyd edək ki, Klub tərəfindən ayrılmış avtobus media mənsublarını saat 18:30-də Bakı Olimpiya Stadionundan "Azərsun Arena"ya aparacaq və komandanın məşqindən sonra yenidən Bakı Olimpiya Stadionuna qaytaracaq.

Xəbər xətti