UEFA-nın Klub Yarışlarının Təşkili Komitəsinin sədri Mixael Heselşverdt Bakıya gəlib.
Sportal.az-ın məlumatına görə, o, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda bu gün “Qarabağ”ın “Sportinq”lə keçiriləcək oyununu izləyəcək. Bu barədə Ağdam klubunun rəsmi Feysbuk səhifəsində paylaşım olunub.
Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:55-də başlanacaq.
Qeyd edək ki, Mixael Heselşverdt avrokubokların püşkatmasını həyata keçirir.
saytlarin hazirlanmasi