Qurban Qurbanov: "Millidə olan hər məğlubiyyətdən sonra əhvalımız korlanırdı"

20:08 - 9 Dekabr 2018

"Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Çempionatın son oyununda vacib qələbə qazandılar, tapşırıqları yerinə yetirdilər. Rəqibin heyətində itkilər var idi. Futbolçularımın oyunundan və nəticədən razı qaldım. Samir Abasova və komandasına uğurlar arzulayıram".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının XIV turunda "Zirə"ni böyük hesbala məğlub etdikləri matçı dəyərləndirərkən deyib.  

 

Təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsində səfərdə "Arsenal"a qarşı keçirəcəkləri matç haqda danışıb: "Arsenal"a qarşı necə oynayacağımızı tam dəqiqləşdirməmişəm. Bu gün oyun sxemində dəyişiklik etmişdik. Avropa Liqasındada belə oynaya bilərik. Hamı bilir ki, Avropa Liqasında son oyunumuza çıxacağıq. Diqqətli və ciddi hazırlaşmalıyıq". 

 

O, "Qarabağ"ın son zamanlar qolları sıralamasından söz açıb: "Oyunumuzda dəyişiklik hiss edilməsi normaldır. Son vaxtlar hücumları qurmaq üçün çox çalışırıq. Bütün mövqelərimizi analiz edirik. Çatışmayan cəhətlərin üzərində işləyirik". 

 

Qurban Qurbanov milli komandamızın baş məşqçi postundan ayrılması ilə bağlı növbəti dəfə fikir bildirib: "Özümü normal hiss edirəm. Millidə olan hər məğlubiyyətdən sonra əhvalımız korlanırdı". 

Xəbər xətti