Azərbaycan birinci divizionunda 13-cü turun oyunları baş tutub.
Sportal.az xəbər verir ki, bu tur lider dəyişib. MOİK evdə "Qaradağ Lökbatan"a 1:2 hesabı ilə uduzub və ikinci pilləyə enib. "Zirə-2" üzərində 4:0 hesabı ilə qalib gələn "Sumqayıt-2" turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Bununla da, "gənclik şəhəri" təmsilçisi qış çempionu olub.
"Sumqayıt-2" 30 xalla turnir cədvəlinə başçılıq edir. MOİK 29 xalla 2-ci, "Neftçi-2" 23 xalla 3-cüdür.
MOİK - "Qaradağ Lökbatan" - 1:2
Qollar: Məhəmməd Məhəmmədov, 56 - Aqşin Muxtaroğlu, 8, 45+2