Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start verilib. İlk oyun günündə iki qarşılaşma baş tutub.
Sportal.az xəbər verir ki, "Qəbələ" doğma meydanda "Səbail"i qəbul edib və 3:0 hesablı qələbə qazanıb. "Neftçi" isə "Keşlə"nin qonağı olub və məğlub olub - 1:2.
Tura sabah keçiriləcək iki matçla yekun vurulacaq.
9 noyabr (şənbə)
“Qəbələ” – “Səbail” - 3:0
Qollar: Davit Volkov, 22, 45+2, Ülvi İsgəndərov, 90+2
Qırmızı vərəqə: Əli Sadıxov, 80 ("Səbail")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu, 15:00
“Keşlə” – “Neftçi” - 2:1
Qollar: Franko Flores, 63, Sezar Meza Kolli, 82 - Donald Gerye, 45+1
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cavanşir Yusifov, Rauf Cabarov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”, 17:00
saytlarin hazirlanmasi