Avropa Liqasının qrup mərhələsinin IV turunda Kiprin APOEL klubu ilə səfər oyununda zədələnən Dani Kintananın durumuna aydınlıq gəlib.
Sportal.az-ın məlumatına görə, ispaniyalı yarımmüdafiəçi ən azı 3 həftə yaşıl meydanlardan kənar qalacaq. 32 yaşlı futbolçunun noyabrın 29-u İspaniyada "Sevilya"ya qarşı keçiriləcək oyuna yetişməmək ehtimalı var.
Kintana "Qarabağ"ın APOEL-ə 1:2 hesabı ilə uduzduğu oyunun 15-ci dəqiqəsində zədələndiyi üçün Maqaye Qeye ilə əvəzlənmişdi.
Dani qrup mərhələsində 2 qol vurub, 3 assist edib.
saytlarin hazirlanmasi